Bakıda 12 yaşlı qız itkin düşüb.
Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.
Ötən gün Günel Məmmədova polisə ərizə ilə müraciət edərək qızı, 2011-ci il təvəllüdlü Samirə Məmmədovanın çörək almaq adı ilə evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirib.
Faktla bağlı araşdırma aparılır.