Hacıqabulda avtomobil aşıb, xəsarət alan var

7
Dek
19:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Hacıqabul rayonunun Muğan qəsəbəsində qeydə alınıb. Minik maşınının aşması nəticəsində Hacıqabul rayonunun Muğan kənd sakini, 1991-ci il təvəllüdlü İsrafil Həbib oğlu Əliyev ağır xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.