Bakının Suraxanı rayonunda yol qəzası zamanı bir nəfər ölüb.
APA-nın xəbərinə görə, piyadanın vurulması ilə nəticələnən yol qəzası Günəşli qəsəbəsində qeydə alınıb.
Mehmandarov küçəsində yolu keçən 1947-ci il təvəllüdlü Mariya İzətulla qızı Rüstəmovanı minik avtomobili vurub. Yaralı aldığı xəsarətlərdən ölüb.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Suraxanı Rayon Şöbəsinə qəbul edilib.
Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən cinayət işi başlanılıb.