Almaniya səfiri: “Köçkünlərin Qarabağa qayıdışında nəzərəçarpacaq irəliləyiş var” - FOTO

8
Dek
09:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann məcburi köçkünlərin Qarabağ bölgəsinə qayıdışında “nəzərəçarpacaq irəliləyişin” olduğuna diqqət çəkib.

Bu barədə diplomat özünün “X” hesabında paylaşım edib.

“Köçkünlərin Qarabağa qayıdışında nəzərəçarpacaq irəliləyiş var. Maraqlı söhbətə və yaxşı əməkdaşlığa görə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə təşəkkür edirik. Almaniya Azərbaycana minatəmizləmə layihələrində və qaçqınlara qayğı sahələrində dəstək verir”, - deyə o qeyd edib.