BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin müdir müavini vəfat edib - FOTO

8
Dek
11:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-Yaradıcılıq Mərkəzinin direktor müavini Bayram Məmmədov vəfat edib. ​

Bununla bağlı seher.media-a BDU-dan məlumat verilib.

Qeyd edilib ki, Bayram Məmmədov 1949-cu ildə Bakıda anadan olub. 1973-cü ildən 2019-cu ilə qədər BDU-da Yaradıcılıq klubunun müdiri vəzifəsində çalışıb. 2019-cu ildə klub Mədəniyyət-Yaradıcılıq Mərkəzi statusu alandan direktor müavini vəzifəsini icra edib, BDU-da tələbələrin sosial fəallığının artırılmasında mühüm xidmətlər göstərib.

Universitet kollektivinin, xüsusən müəllim və tələbələrin sevimlisi olan Bayram Məmmədov işində məsuliyyətli, qayğıkeş insan olub.