Yaponiyada minlərlə ton sardina və skumbriya balığı sahilə çıxıb - VİDEO

8
Dek
13:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiyanın Hakodate şəhəri yaxınlığında minlərlə ton sardina və skumbriya balığı sahilə çıxıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, balıqlarla dolu sahil zolağı təxminən 1,5 km-dir. Lakin alimlər baş verənlərin dəqiq səbəbini deyə bilmirlər. Versiyalardan birinə görə, Yaponiya adaları ətrafındakı müxtəlif ərazilərdə suyun temperaturunun dəyişməsi səbəbindən kütləvi miqrasiya ölümlə nəticələnə bilərdi.

Qeyd edək ki, insanlar hadisənin “Fukusima-1” AES-dən suyun buraxılması səbəbindən baş verdiyini ehtimal edirlər, lakin bunun da təsdiqi yoxdur.

Rusiyanın “Rospotrebnadzor” idarəsinin son radioloji tədqiqat məlumatlarına görə, bölgədə radiasiya vəziyyəti normal həddədir.

Mənbə: kp.ru