Berlin hava limanında fövqəladə vəziyyət

24
Dek
03:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Berlinin Brandenburq Beynəlxalq Hava Limanında proqram nasazlığı səbəbindən onlarla reys gecikib.

Məlumata görə, katolik Milad bayramına bir gün qalmış onlarla təyyarə havaya qalxmağı gözləyib.

Sərnişinlərə məlumat verilib ki, Berlin hava limanının proqram təminatında nasazlıq olub. Bir çox səyahətçi qar yağdığından baqajlarını təyyarəyə yerləşdirə bilməyib.

Qeyd edək ki, şənbə günü Berlində çətin hava şəraiti müşahidə olunur. Səhər saatlarından yağan yağış bəzən yerini sulu qarla örtürür. Güclü külək vəziyyəti daha da ağırlaşdırır.

Mənbə: TASS