Rusiyada uşaqlar üçün attraksionda bədbəxt hadisə: Yaralılar var

24
Dek
06:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Xakasiya bölgəsinin Ust-Abakan kəndində attraksionun uçması nəticəsində yeddi uşaq xəsarət alıb.

Bu barədə Ust-Abakan vilayətinin rəhbəri Yelena Yeqorova məlumat verib.

“2013 və 2014-cü il təvəllüdlü iki nəfər sınıq diaqnozu ilə respublika xəstəxanasına çatdırılıb. Beş nəfər təcili yardıma aparılıb”, - deyə o, yeddi uşaqdan başqa heç kimin xəsarət almadığını açıqlayıb.

Yeqorova aydınlaşdırıb ki, hadisə baş verən zaman sürüşkəndə on nəfərə yaxın adam olub.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırmalara başlayıblar.

Mənbə: life..ru