“Airbus”ın 700 əməkdaşı zəhərlənib

24
Dek
07:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransanın “Airbus” aerokosmik şirkətinin törəməsi olan “Airbus Atlantic”in 700-dən çox əməkdaşı Milad korporativ şənliyində zəhərlənib.

Tədbir Fransanın qərbindəki Montuar-de-Bretan şəhərindəki şirkət restoranında baş tutub.

Səhiyyə orqanları qastroenterit xəstəliyinin kütləvi yayılmasının səbəbini müəyyən etmək üçün araşdırmaya başlayıb.

Yeri gəlmişkən, “Airbus Atlantic” pilotlar və sərnişinlər üçün oturacaqlar istehsal edir.

Mənbə: gazeta.ru