İlham Əliyevdən Sankt-Peterburqda onu salamlayan qusarlara özünəməxsus jest - VİDEO

26
Dek
16:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev qusarlar tərəfindən özünəməxsus şəkildə qarşılanıb.

Bununla bağlı sosial şəbəkələrdə kadrlar yayılıb.

Görüntülər Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşünün davam etdiyi Tsarskoye selo muzey qoruğunda qeydə alınıb.

Kadrlarda qusarların İlham Əliyevi üç dəfə “Ura” sədası ilə salamlaması əks olunur. Azərbaycanın dövlət başçısı isə gülümsəyərək onları hərbi salamla cavablayır.

Xatırladaq ki, Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putin tərəfindən Yeni il qabağı ənənəvi olaraq dəvət edilən MDB dövlət başçılarının başlayıb.

Mənbə: “Sputnik” Yaxın Şərq