Ermənistan parlamentinin sədri: “Sülh sazişinin əsas prinsipləri artıq razılaşdırılıb”

26
Dek
19:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Cənubi Qafqazda sülhün bərqərar olmasına töhfə verən addımlar atır. İrəvanla Bakı arasında razılaşma mümkündür”.

Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə bildirib.

“Sülh heç vaxt bu qədər yaxın olmamışdı. Biz sülh prosesini təşviq edirik. Azərbaycan tərəfinin də oxşar yanaşması var. Onlar bu istiqamətdə addımlar atırlar”, - deyə o qeyd edib və əlavə edib ki, Ermənistan və Azərbaycan arasında qarşıdan gələn sülh sazişinin əsas prinsipləri artıq razılaşdırılıb.

“Bəzi suallar qalır, amma düşünürəm ki, biz bunu danışıqlar yolu ilə həll edə bilərik”, - A.Simonyan vurğulayıb.

Mənbə: TASS