Düyünün qiyməti 15 ilin ən yüksək səviyyəsinə qalxdı

28
Dek
00:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Düyü qiymətləri son 15 ilin ən yüksək səviyyəsinə qalxıb.

Məlumata görə, buna yüksək tələb və davam edən təklif problemləri kömək edib.

Qeyd olunur ki, Tailand ağ düyüsünün qiyməti bir ton üçün 659 dollara qədər artıb. Sonuncu dəfə belə göstərici 2008-ci ilin oktyabrında qeydə alınıb.

Bildirilir ki, bu il quru hava və aparıcı düyü tədarükçüsü olan Hindistanın ixracı məhdudlaşdırması səbəbindən qiymətlər təxminən 38% artıb.

Xatırladaq ki, düyü Asiya və Afrikada milyardlarla insanın qidalanması üçün həyati əhəmiyyət kəsb edir. Qiymət artımı inflyasiya təzyiqlərini və alıcılar üçün idxal ödənişlərini artıra bilər.

Mənbə: Bloomberg