Argentina prezidenti Konqresə yüzlərlə səhifəlik islahat paketi göndərib

29
Dek
02:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Argentina prezidenti Xavyer Miley ölkənin Milli Konqresinə iqtisadiyyat və dövlət idarəçiliyi ilə bağlı yüzlərlə səhifəlik islahatlar paketi göndərib.

Mileyin şok terapiyası yanaşmasını iqtisadi siyasətdən kənara çıxardığı və qanun layihəsinin dövlət idarəçiliyinin bir çox aspektlərini də əhatə etdiyi qeyd edilir.

İslahat Argentinada ilkin seçkilərin və universitetlərin təhsil haqlarının ləğvi, eləcə də 41 dövlət şirkətinin özəlləşdirilməsi və səlahiyyət müddəti ərzində prezidentin iqtisadi siyasət səlahiyyətlərinin gücləndirilməsi də daxil olmaqla bir sıra tədbirlərin görülməsini tələb edir.

Mənbə: Bloomberg