ABŞ-də prezidentliyə namizəd FTB-ni ləğv edəcəyini vəd edib - FOTO

1
Yan
04:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Vivek Ramasvami bildirib ki, seçkidə qalib gələrsə, Federal Təhqiqatlar Bürosunu (FTB) ləğv edəcək.

O, bu niyyətini “X” sosial şəbəkə hesabında bildirib.

“FTB-də “islahat etmək” mümkün deyil. Düzgün çıxış yolu onu bağlamaqdır”, - deyə Ramasvami yazıb.

Onun sözlərinə görə, ABŞ prezidentinin də oxşar səlahiyyətləri var və o, qalib gələrsə, FTB-nin ləğvi üçün tədbirlər görməyə hazırlaşır.

Mənbə: gazeta.ru