Almaniyada yaşayan vətəndaşlarımızın NƏZƏRİNƏ

29
Fev
21:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Almaniyadakı səfirliyi ilk dəfə vətəndaşlarımızın sıx yaşadığı böyük şəhərlərdə səyyar konsulluq xidməti vasitəsilə ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsinə başlayır.

seher.media xəbər verir ki, ilk belə xidmət martın 9-da Köln şəhərində göstəriləcək.

Növbəti aylarda digər böyük şəhərlər də əhatə olunacaq. Məqsəd bu və ya digər səbəbdən Berlinə səfər edə bilməyən vətəndaşlarımıza yerində operativ xidmət göstərməkdir.