Qəzzada ölənlərin sayı 30 mini keçib

2
Mar
16:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən ilin oktyabrında Fələstin-İsrail münaqişəsi kəskinləşəndən bəri Qəzza zolağında 30 320 nəfər ölüb.

Bu məlumatı Fələstin anklavının Səhiyyə Nazirliyi verib.

Bildirilir ki, daha 71 533 fələstinli yaralanıb.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də radikal HƏMAS hərəkatının İsrailin cənubuna gözlənilməz hücumu nəticəsində 1 200-dən çox israilli qətlə yetirilib, 240-dan çox israilli girov götürülüb. Bundan sonra İsrail hərbi qüvvələri HƏMAS-a qarşı Qəzzada hərbi əməliyyata başlayıb.

Mənbə: TASS