İstanbulda naşı oğrunun hərəkətləri kameraya düşdü - VİDEO

9
Mar
06:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İstanbulun Esenyurt rayonunda zərgərlik məmulatları satılan mağazaya basqın edən silahlı şəxs məqsədini həyata keçirə bilməyib.

Hadisə anbaan mağazanın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Satıcıya hədə-qorxu gələn silahlı şəxs obyektin təhlükəsizlik siqnalı işə düşəndən sonra özünü itirib.

Daha sonra satıcı öz silahını çıxararaq potensial qarətçinin mağazadan qaçıb getməsinə nail ola bilib.

Mənbə: İHA