Ağdaşda avtomobil beton arakəsmələrə çırpılıb: Xəsarət alanlar var

10
Mar
02:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdaşda avtomobil qəzası olub, iki nəfər yaralanıb.

“Unikal”ın məlumatına görə, hadisə Qaradağlı kəndi ərazisində qeydə alınıb. İdarəetmədən çıxan “VAZ-2106” avtomobili yol kənarındakı beton arakəsmələrə çırpılıb.

Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan 1978-ci il təvəllüdlü Elsəvər Kərəm oğlu Qurbanov və 1977-ci il təvəllüdlü Rövşən Yusif oğlu Nəbiyev xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.