İraqda güclü yanğın: Milyonlarla dollar... - FOTO

10
Mar
06:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İraqın Ərbil şəhərinin şimalında sənaye materialları anbarında yanğın baş verib.

Alov binanın içərisindəki tezalışan əşyalara keçib və yanğınsöndürənlər tərəfindən yanğının nəzarət altına alınması işləri davam edir.

Bu barədə anbarın sahibi İbrahim Xıdırın sözlərinə görə, yanğına səbəb elektrik naqilindəki nasazlıq olub.

Bildirilib ki, hadisə nəticəsində ölən yoxdur. Lakin külli miqdarda maddi ziyan dəyib.

“Dəyən maddi ziyan 10 milyon dollar məbləğində qiymətləndirilir”, - deyə o qeyd edib.

Binada tezalışan materiallar olub ki, bu da alovun güclənməsinə gətirib çıxarıb və dəyən ziyanı artırıb.  

Mənbə: Rudaw.net