Tanzaniyada tısbağa əti səkkiz uşağı öldürdü: 78 nəfər xəstəxanalıq oldu

10
Mar
11:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanzaniyanın Zənzibar arxipelaqının Pemba adasında dəniz tısbağası əti yedikdən sonra səkkiz uşaq və bir böyük ölüb.

Daha 78 nəfər xəstəxanaya yerləşdirilib.

Mkoani Xəstəxanasının həkimi Hacı Bakarinin açıqlamasına görə, ölən yetkin qadın zəhərlənən uşaqlardan birinin anası olub.

Qeyd edək ki, Tanzaniyada tısbağa əti delikates sayılır.

Mənbə: profile.ru