Biləsuvarda qəza: Yaralananlar var - FOTO

10
Mar
19:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Biləsuvar rayonunun Melioratorlar qəsəbəsinin yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, Mirəli Abasət oğlu Vəliyevin idarə etdiyi “Hundai Santa Fe” və Alim Rzaxan oğlu Vəliyevin VAZ-2109 markalı minik avtomobilləri toqquşub.

Qəzada VAZ-2109 markalı minik avtomobilin sürücüsü və digər avtomobilin sərnişini olan Şəfəq Gülağa qızı Tahirova müxtəlif dərəcəli xəsarət alıblar.

Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.