Qusarda Lermontovun abidəsi ucaldılacaq - FOTO/VİDEO

10
Mar
21:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dahi rus şairi Mixail Lermontovun 210 illik yubileyi ilə əlaqədar Qusar şəhərində onun abidəsinin ucaldılması nəzərdə tutulur.

Oxu.az xəbər verir ki, abidə Qafqazda xidmət etdiyi dövrdə orada yaşamış Lermontovun ev-muzeyinin qarşısındakı ərazidə yerləşdiriləcək.

Həmçinin, “Lermontov axşamları” ədəbi-poeziya festivalı da nəzərdə tutulub.

Azərbaycan Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının rəhbəri Lyubov Yakunina Tarxanıdakı Lermontov Muzey-Qoruğunun əməkdaşlarını və milli mədəniyyət xadimlərini festival iştirakçılarına qoşulmağa dəvət edib.