Amsterdamda partiya lideri ölümlə hədələndi - SƏBƏB + FOTO

10
Mar
22:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amsterdam polisi ifrat sağçı Azadlıq Partiyasının lideri Qert Vildersi öldürməklə hədələyən şəxsi saxlayıb.

Bu barədə siyasətçi “X” səhifəsində yazıb.

“Bu həftəsonu məni öldürməklə hədələyən bir adamı saxlayan Amsterdam polis bölməsinə çox təşəkkür edirəm”, - Vildersi qeyd edib.

Qeyd olunur, polis həmin şəxsin həbs olunduğunu təsdiqləyib. Bazar ertəsi məhkəmə istintaq dövrü üçün qabaqlayıcı tədbirlər haqqında qərar verməlidir.

İslamı və müsəlmanları sərt tənqid etdiyinə görə Vilders daim təhdidlər alır və gecə-gündüz polisin xüsusi mühafizəsi altında olur.

Mənbə: TASS