Azərbaycanda qocaman təhsil işçisi vəfat edib - FOTO

19
Mar
16:00
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda qocaman təhsil işçisi vəfat edib.

seher.media xəbər verir ki, bu gün Naxçıvan Dövlət Universitetinin müəllimi Sübhi Kəngərli 87 yaşında dünyasını dəyişib.

Sübhi Kəngərli 1937-ci ildə Naxçıvan şəhərində anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirib. Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində elmi işçi kimi fəaliyyətə başlamış və muzeyin ilk yaradıcılarından biri olub. 1975-1980-ci illərdə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun “Etika və estetika” üzrə qiyabi aspiranturasını bitirib.

30 il Ədəbiyyat Muzeyinə rəhbərlik edib. 1973-cü ildən Naxçıvan Dövlət Pedaqoji İnstitutunda müəllim kimi fəaliyyətə bașlayıb. 2012-ci ildən Arxiv işi və Muzeyşünaslıq kafedrasında müəllim kimi fəaliyyət göstərib, Bəhruz Kəngərli muzeyində müdir vəzifəsində çalışıb.