5 yaşlı Hüseynin anası: “Əməliyyat üçün hər şeyi satdıq, amma müalicəyə imkanımız çatmır” - FOTO

21
Mar
10:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

5 yaşlı Hüseyn anadangəlmə böyrək çatışmazlığından əziyyət çəkir.

Bu barədə seher.media-a onun anası Aydan Şirinova məlumat verib.

O bildirib ki,  bir neçə ay əvvəl övladı böyrəkköçürmə əməliyyatı keçirib:

“Hüseyn anadangəlmə böyrək çatışmazlığından əziyyət çəkirdi. Həmin gündən bu günə müalicələrini davam etdirsək də, vəziyyəti get-gedə ağırlaşırdı. Həkimlər ona böyrək köçürülməli olduğunu dedikləri üçün bir neçə ay əvvəl ona Türkiyədə yerləşən özəl klinikalardan birində böyrək köçürüldü”.

Aydan Şirinova övladının hazırda müalicəyə ehtiyacı olduğunu deyib.

“Hüseynin əməliyyatı üçün 45 000 manat lazım idi. Məbləği toplamaq üçün əlimizdə olan hər şeyi satıb əməliyyatı etdik. Hazırda müalicələri davam etdirməliyik. Bunun üçün 500 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 472-57-84.

Kapital Bank: 4169 7388 8037 3737.