Cəlilabadda avtomobil ağaca çırpılıb: Xəsarət alan var - FOTO

26
Mar
21:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəlilabadda minik avtomobili ağaca çırpılıb, xəsarət alan var.

“Report”un məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, F.Tağıyeva idarə etdiyi “Nissan” markalı minik avtomobilini yolun kənarındakı ağaca çırpıb. Hadisə nəticəsində sürücü yüngül bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.