ABŞ-də körpünün çökməsi nəticəsində ölənlərin sayı açıqlandı - VİDEO

27
Mar
10:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-nin şərqində Baltimorda körpünün çökməsi nəticəsində azı altı nəfərin öldüyü güman edilir.

“Brawner Builders” şirkətinin icraçı vitse-prezidenti Cefri Pritskerin sözlərinə görə, qəzada bir nəfər sağ qalıb.

Baltimordakı “Francis Scott Key” körpüsü Dali konteyner gəmisinin dayağına çırpılması nəticəsində çöküb. Bu zaman körpüdən traktor da daxil olmaqla maşınlar keçirdi. Hadisə yerinə fövqəladə hallar, o cümlədən sahil mühafizəsi və yanğınsöndürənlər göndərilib.

Hadisənin baş verdiyi ərazidə nəqliyyatın hərəkəti tamamilə dayandırılıb.

Mənbə: Gazeta.ru