HƏMAS-ın 1000-ə qədər döyüşçüsünün sığındığı yer məlum olub

27
Mar
11:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrail Müdafiə Qüvvələri tərəfindən ələ keçirilən Fələstin HƏMAS hərəkatının komandiri Qəzza zolağındakı “Əş-Şifa” tibb mərkəzinin ərazisində minə qədər döyüşçünün gizləndiyini bildirib.

“Orada təxminən 800-1000 arasında döyüşçü var”, - deyə komandir söyləyib.

Məhbus onu da qeyd edib ki, tibb kompleksinin ərazisində HƏMAS-ın yerləşdiyi və silahların saxlandığı yerlər var. Onun sözlərinə görə, bu, inzibati bina, doğum şöbəsi, həm də mütəxəssislər binası deyilən kompleks olub.

Mənbə: TASS