“Crocus City Hall” terroru qurbanlarından 84 nəfərin cəsədi tanınıb

27
Mar
18:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Crocus City Hall”da törədilən terror aktından sonra ölənlərdən 84 nəfərin cəsədi tanınıb. Onların arasında beşi 9-16 yaş arası uşaqlar olub.

Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, İstintaq Komitəsinə terror aktı nəticəsində qohumların və ya yaxınların itkin düşməsinə dair 143 məlumat daxil olub.

Mənbə: kommersant.ru