Oman dənizində 12 saatlıq əməliyyat: Əsirlər dəniz quldurlarının əlindən xilas edildilər

30
Mar
16:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistan Donanması Oman dənizində piratlar tərəfindən əsir götürülən İran bayraqlı balıqçı gəmisini və pakistanlı ekipaj üzvlərini xilas edib.

Bu barədə Hərbi Dəniz Qüvvələrinin “X” sosial şəbəkə hesabında xəbər verilib.

Paylaşımda xilasetmə əməliyyatı ilə bağlı təfərrüat yer alıb.

Bildirilib ki, İran bayrağı altında üzən “FV Al-Kambar” gəmisinin doqquz silahlı dəniz qulduru tərəfindən ələ keçirilməsindən sonra xilasetmə əməliyyatı çərçivəsində donanma iki gəmi təyin edib. Təxminən 12 saat davam edən əməliyyatdan sonra gəmidəki quldurlar təslim olublar və 23 Pakistan vətəndaşından ibarət ekipaj xilas edilib.

Bundan sonra balıqçı gəmisinin təhlükəsiz bölgəyə aparılması üçün dəniz qüvvələrinin mütəxəssis qrupları tərəfindən hərtərəfli nəzarətdən keçirilib.