Dağıstanada antiterror əməliyyatı keçirilir

31
Mar
09:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) xüsusi təyinatlıları Mahaçqala və Kaspiyskdə yaşayış binalarının bir neçə mənzilində silahlı terrorçuların fəaliyyətinin qarşısını alıblar.

Məlumata görə, Dağıstanın təhlükəsizlik orqanları əməliyyat-axtarış tədbirləri zamanı terrorçuluq fəaliyyətində iştirak edən silahlı şəxslərin harada olması barədə məlumat alıblar. Bu gecə onlar FSB xüsusi təyinatlıları Mahaçqala və Kaspiysk şəhərlərinin yaşayış massivlərində bir neçə mənzili mühasirəyə alıblar. Bitişik evlərin sakinləri təxliyə ediliblər.

Yaraqlıların aşkar olunduğu ərazidə terrorla mübarizə əməliyyatı üçün qanuni rejim tətbiq edilib.

Mənbə: iz.ru