Türkiyədə bələdiyyə seçkisi: Dünyanın ən uzunboylu insanları və İkardiyə səs verən seçici - FOTO/VİDEO

31
Mar
17:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədəki bələdiyyə seçkisində maraqlı anlar yaşanıb.

Məntəqələrin birində məşhur ifaçı Candan Erçetin seçki məmuru olub, gülüş ustası Cem Yılmaz isə həmin məntəqədə səs verib.

Ölkə üzrə səsverməyə dünyanın ən uzunboylu insanı Sultan Kösen və ən uzunboylu qadını Rumeysa Gelgi, həmçinin Türkiyənin ən qocaman sakini 117 yaşlı Arzu Sınıroğlu da qatılıblar.

Seçicilərdən biri isə seçki bülleteninə “Qalatasaray”ın ulduzu Mauro İkardinin fotosunu yapışdıraraq, çarəni ancaq onda gördüyünü yazıb.