Ararat Mirzoyan: “Azərbaycanla sülh müqaviləsi bağlamaq mümkündür”

1
Apr
00:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanla sülh müqaviləsi bağlamaq mümkündür”.

seher.media xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Argentinanın “Todo Noticias” telekanalına müsahibəsində deyib.

“Çətinliklər və problemlər mövcuddur. Lakin hesab edirik ki, Azərbaycanla sülh müqaviləsi bağlamaq mümkündür. Biz öz tərəfimizdən həll yollarını tapmaq üçün səylər göstəririk. Müqavilə imzalamaqdan danışarkən, razılaşdırılmalı olan vacib məqamlar mövcuddur. Onların arasında 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və sərhədlərin demarkasiyası var”, - deyə o qeyd edib.