ABŞ-nin hərbi bazalarının görüntülərini əldə edən Şimali Koreyadan daha bir həmlə

1
Apr
12:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Pxenyan kosmik texnologiyanın inkişafı üçün səylərini davam etdirmək niyyətindədir. Bu il bir neçə kəşfiyyat peykini buraxmağı planlaşdırır”.

Bu barədə KXDR-in Kosmik İnkişaf üzrə Dövlət Administrasiyasından xəbər verilib.

Bildirilib ki, ötən il “Malligyong-1” kəşfiyyat peykinin ölkənin müdafiə qabiliyyətinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub.

“Bu il isə daha bir neçə buraxılış gözlənilir”, - deyə agentlikdən əlavə edilib.

Xatırladaq ki, Şimali Koreya noyabr ayında Yer orbitinə buraxılmış kəşfiyyat peykindən ABŞ-nin Sakit Okeandakı ən böyük strateji hərbi bazasının yerləşdiyi , həmçinin Kaliforniya və Yaponiyadakı görüntülərini əldə etmişdi.