Şamil Süleymanlı: “Tək şuşalılar yox, 30 ildir bütün azərbaycanlılar qarabağlıdır” - VİDEO

1
Apr
14:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Böyük qayıdış başlayıb, evimizə qayıdırıq. Tək şuşalılar yox, 30 ildir bütün azərbaycanlılar qarabağlıdırlar”.

seher.media xəbər verir ki, bu fikirləri kino aktyoru, Azərbaycanın Xalq artisti Şamil Süleymanlı deyib.

Ən böyük arzusunun Şuşada film çəkilməsi olduğunu qeyd edən Xalq artisti məhz həmin filmdə rol almaq istədiyini bildirib.

Qeyd edək ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. İlk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirilir. Bu çərçivədə işğaldan azad edilmiş ərazilərdən olan ziyalıların, gənclərin və müxtəlif peşə sahiblərinin iştirakı ilə videoçarxlar hazırlanır.

Xalq artisti Şamil Süleymanlının iştirakı ilə hazırlanmış videoçarxı təqdim edirik: