Dağıstanda saxlanılan yaraqlıların “Crocus” terrorunda iştirakı üzə çıxdı - VİDEO

1
Apr
16:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Martın 31-də Dağıstanda saxlanılan yaraqlılar 2024-cü il martın 22-də Moskva vilayətində “Crocus City Hall” konsert zalında törədilmiş maliyyələşdirilməsində və təşkilatçılara vəsaitlərin təmin olunmasında iştirak ediblər”.

Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzindən xəbər verilib.

Bildirilib ki, dörd xarici vətəndaş Kaspiyskdə ictimai yerdə terror aktı hazırlayıblar. Onlar ərazini tədqiq ediblər, bomba hazırlayıblar və avtomat silahlar alıblar.

“Terror aktından dərhal sonra onlar Rusiyanı tərk etmək niyyətində olublar”, - deyə FTB-dən əlavə edilib.

Xatırladaq ki, ötən gün Mahaçqalanın Lenin və Sovet rayonlarında, eləcə də Kaspiyskdə antiterror əməliyyatı rejimi tətbiq edilib. Əməliyyat zamanı terror aktı törətməyi planlaşdıran .

Mənbə: RIA Novosti