Rusiya “Taliban”ı terrorçu təşkilat siyahısından çıxarmağa hazırlaşır

1
Apr
20:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Xarici İşlər Nazirliyi (XİN) və Rusiya Ədliyyə Nazirliyi “Taliban”ı terrorçu təşkilat siyahısından çıxarmaq barədə düşünür.

Bu barədə Rusiya XİN məlumat yayıb.

“Son qərarı ölkənin ali siyasi rəhbərliyi verəcək”, - deyə Rusiya XİN qeyd edib.

Məlumat üçün əlavə edək ki, “Taliban”ın nümayəndə heyəti may ayında Rusiyanın Kazan şəhərində keçiriləcək “Rusiya-İslam dünyası” forumuna dəvət olunub.

Mənbə: Gazeta.ru