Rusiyada sürət qatarı ilə sərnişin avtobusu toqquşub: Ölənlər və yaralananlar var - FOTO/VİDEO

1
Apr
21:00
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Yaroslavl vilayətində dəmiryol keçidində baş verən qəza nəticəsində səkkiz nəfər həlak olub.

Məlumata görə, müntəzəm avtobus qadağan siqnalına baxmayaraq relslərə çıxıb, nəticədə Arxangelsk-Moskva reysi ilə hərəkət edən sürət qatarı tərəfindən vurulub.

Ölənlər arasında avtobus sürücüsü də var.

Hadisə nəticəsində daha bir neçə nəfər yaralanıb.

Mənbə: “Lenta dnya” “Telegram” kanalı