Tatarıstanda neft emalı zavoduna dron hücumu: Yaralananların sayı artdı - YENİLƏNİB + VİDEO

2
Apr
14:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tatarıstanın Alabuqa şəhərində dron hücumu nəticəsində yaralananların sayı 12-yə çatıb.

Bu barədə Tatarıstan vahid növbətçi dispetçer xidməti məlumat yayıb.

“12 nəfər xəsarət alıb”, - deyə qurumdan bildirilib.

Qeyd edək ki, Tatarıstanın Alabuqa xüsusi iqtisadi zonasında “Yelaz-Nefteprodukt” neft emalı zavoduna dron hücumu nəticəsində yaralananların sayı daha əvvəl 6 nəfər idi.

09:42

Tatarıstanın Alabuqa xüsusi iqtisadi zonasında partlayışlar baş verib.

Məlumata görə, “Yelaz-Nefteprodukt” neft emalı zavoduna dron hücumu olub.

Şahidlərin sözlərinə görə, səhər saatlarında əraziyə iki dron düşüb, ardınca bir neçə partlayış baş verib.

Bir neçə binaya ziyan dəyib.

Tatarıstanın rəhbəri Rüstəm Minnixanov bildirib ki, müəssisələrdə texnoloji proses dayanmayıb, lakin zərərçəkənlər var. İlkin məlumata görə, altı nəfər yaralanıb.

Mənbə: “SHOT” “Telegram” kanalı