Misirdə yüksəkçinli məmurlardan kütləvi istefa

2
Apr
22:18
thumb_down 0
183
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Misirin 27 vilayətinin qubernatorları istefa ərizələrini ölkə Prezidenti Əbdülfəttah əs-Sisiyə təqdim ediblər.

Məlumata görə, prezidentin məmurların 70%-ni əvəz edə biləcəyi gözlənilir.

Çərşənbə axşamı parlament qarşısında konstitusiya andı içən və yeni prezidentlik müddətinə qədəm qoyan Misir lideri yaxın bir neçə gün ərzində əyalətlərin idarəçiliyində genişmiqyaslı kadr dəyişiklikləri həyata keçirəcək. Bəzi qubernatorlar başqa inzibati vahidlərə köçürüləcək, bəziləri isə işdən çıxarılacaq. Bəzi rayon rəhbərləri onların müavinləri ilə əvəz olunacaq.

Qeyd edək ki, Misir əyalətlərinə məhkəmə hakimiyyətinin nümayəndələri, hərbçilər, həkimlər və gənclərin siyasi hərəkatlarının liderləri rəhbərlik edə bilər.

Mənbə: TASS