Ülviyyə Gülməmmədova: “Ən az iki mənbədən yoxlanılmamış xəbəri tez vermək doğru deyil” - FOTO

3
Apr
16:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yazılarınızı sanki rəqibinizin gözü ilə oxumağa çalışın, ümumiyyətlə özünüzün ən qəddar redaktoru olun”.

“Report” xəbər verir ki, bu sözləri seher.media saytının redaktoru Ülviyyə Gülməmmədova Report Media Məktəbinin tələbələri ilə görüşdə deyib.

“Jurnalist xəbəri sayta verməzdən əvvəl yoxlamalıdır. Öncə oxucu kimi, sonra redaktor kimi. Onunla da qane olmasa, ən qəddar rəqibinin gözü ilə oxumalıdır”, - o qeyd edib.

Ü.Gülməmmədova redaktorun işi, sayta xəbərin seçilməsi, foto və videoların yerləşdirilməsi, mənbənin yoxlanılması, cinayət xəbərlərində etik prinsiplərin qorunması barədə tələbələrə danışıb.

“Sayta xəbər yerləşdirərkən operativ və dəqiq olmalısan. Xəbəri gec verdinsə, deməli uduzdun. Amma ən az iki mənbədən yoxlanılmamış xəbəri də tez vermək doğru deyil. Xəbərin dəqiqliyi daha önəmlidir. Düzgün xəbər vermək sənin təmsil etdiyin qurumun imici üçün çox əhəmiyyətlidir”, - redaktor vurğulayıb.