İt meşədə azan rusiyalı uşağı bədəni ilə isidərək donmaqdan xilas etdi - FOTO/VİDEO

4
Apr
04:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada meşədə azan beş yaşlı uşaq iti sayəsində ölümdən xilas olub.

Hadisə Primorsk diyarında baş verib. Uşaq iti ilə evlərinin yaxınlığındakı meşədə gəzintiyə çıxıb və azıb. Nə valideynləri, nə də xilasedicilər onu dərhal tapa bilməyiblər.

Balaca bütün gecəni soyuqda qalıb. Ancaq bəxti gətirib ki, sadiq dostu yaxınlıqda olub: o, isti bədəni ilə uşağı donmaqdan xilas edib.

Səhər uşaq tapılaraq xəstəxanaya aparılıb. Müstəntiqlər deyirlər ki, it onu ağır hipotermiyadan xilas edib.

Valideynlər isə səhlənkarlığa və öz vəzifələrini lazımınca yerinə yetirmədiklərinə görə cəzalandırıla bilərlər.

Mənbə: “Lenta dnya” “Telegram” kanalı