Daha bir “Matrix” çəkiləcək

4
Apr
06:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hollivudun “Warner Bros” kinostudiyası yeni “Matrix” filmi üzərində işləyir. Filmin ssenaristi və rejissoru Dryu Qoddarddır. Layihənin icraçı prodüseri Lana Vaçovski olacaq.

Franşizanın əsas ulduzları - Kianu Rivz, Kerri En-Moss və Lorens Fişbörnün öz rollarına qayıdıb-qayıtmayacağı hələlik məlum deyil.

Süjetin təfərrüatı açıqlanmayıb.

Qeyd edək ki, “Matrix” filminin ilk hissəsi 1999-cu ildə buraxılıb və dörd “Oskar” qazanıb. 2003-cü ildə klassik trilogiyanı tamamlayan daha iki film ortaya çıxıb. Franşizanın ilk üç filmi qlobal kassada 1,6 milyard dollardan çox gəlir əldə edib.

Mənbə: daily.afisha