İranda hücuma məruz qalan polis əməkdaşları arasında ölənlərin sayı artıb - YENİLƏNİB + VİDEO

4
Apr
12:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranın Sistan və Bəlucistan vilayətinin Çabahar və Rask şəhərlərində polis bölməsinə edilən terror hücumu nəticəsində həyatını itirən polis əməkdaşlarının sayı 11 nəfərə çatıb.

Bu yerli KİV məlumat yayıb.

Məlumatda həmçinin qeyd olunur ki, hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində öldürülən terrorçuların sayı isə 16 nəfərə çatıb.

10:26

İranın Sistan və Bəlucistan vilayətinin Çabahar və Rask şəhərlərində polis bölməsinə edilən terror hücumu nəticəsində həyatını itirən polis əməkdaşlarının sayı beş nəfərə çatıb, 10 nəfər yaralanıb. 

Bu barədə İranın rəsmi IRNA agentliyi məlumat yayıb.

Məlumatda həmçinin qeyd olunur ki, hücumu həyata keçirən “Ceyş əl-Ədl”ə qarşı həyata keçirilən əməliyyat zamanı səkkiz terrorçu məhv edilib.

09:28

“Ceyş əl-Ədl” qruplaşmasının üzvləri İranın Sistan və Bəlucistan vilayətində iki polis məntəqəsinə hücum ediblər.

Məlumatı vilayətin qubernatorunun müavini Əlirza Mərhəməti də təsdiq edib.

Onun sözlərinə görə, hazırda vəziyyət təhlükəsizlik qüvvələrinin nəzarətindədir, əlavə məlumat bir müddət sonra açıqlanacaq.

Bəzi mənbələrin verdiyi məlumata görə, “Ceyş əl-Ədl”in hücumundan sonra iki polis həlak olub.

Qeyd edək ki, “Ceyş əl-Ədl” İranda terrorçu qruplaşma kimi tanınır.

Mənbə: RİA Novosti