Salyan şosesində TIR-ın aşması səbəbindən tıxac yaranıb - VİDEO

4
Apr
14:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Salyan şosesində, Bakı Dərin Özüllər Zavodunun yaxınlığında, güclü külək səbəbindən yük maşını aşıb”.

Bu barədə seher.media-a hadisə yerindən xəbər verilib.  

Məlumatda qeyd olunub ki, aşan TIR-ın ərazidən götürülməsi səbəbindən yolda uzun tıxac yaranıb.

Bundan əlavə, məlumatda o da vurğulanıb ki, Lökbatan dairəsindən Ələt istiqamətində hərəkətdə olan TIR-lar mümkün aşma təhlükəsi üzündən məcburi dayandırılır.”

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab ala bilmədik.

Videonu təqdim edirik:

Əzizə İsmayılova