Allahverdi Yolçuyev: “Ümid edirəm əməliyyat yaxşı keçər” - AÇIQLAMA

4
Apr
16:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış aktyor Allahverdi Yolçuyev yaxın günlərdə əməliyyat olunacaq.

Bu barədə seher.media-a aktyorun özü məlumat verib.

O, dörd ildir ki, Parkinson xəstəliyi ilə mübarizə apardığını qeyd edib:

“Bu xəstəlik beyin hüceyrələrini öldürür. Əlim əsir, dayanmır. İnkişaf etmiş ölkələrdə bu xəstəliyi müalicə edirlər. Lakin əməliyyat da olunmalısan. Əməliyyatı bahadır. Əməliyyat edib, beyinə çip yerləşdirirlər. Artıq bizdə də bu əməliyyatı edirlər. İki nəfər əməliyyat edilib. Beyinə çip yerləşdirmə əməliyyatı müvəffəqiyyətlə nəticələnib.

Həkimlə də görüşdüm. Bir həftəyə müayinə prosesi baş tutacaq. Hər şey uyğun olsa, yaxın günlərdə əməliyyat oluna bilərəm”.

A.Yolçuyev əməliyyatın təhlükəsi olmadığını əlavə edib:

“Başqa yolum yoxdur. Əməliyyat olunmalıyam. Çünki əsmə getdikcə artır. Əməliyyatın ödənişini də klinika öz üzərinə götürüb. Dəstək olan hər kəsə təşəkkür edirəm. Rahatam. Qorxum yoxdur. Əsmə əslində eybəcərlik deyil. Sadəcə narahat olanda çox pis oluram. Beyinlə əlaqədardır, əsəbi olursan, qorxursan, gözünə kimsə görünə bilər. Ümid edirəm ki, yaxşı olar”.

Xatırladaq ki, ötən gün verilişlərin birində aktyor Allahverdi Yolçuyev əməliyyat olunacağını dilə gətirib.

Nəzrin Vahid