Abşeronda qəza: Gənc ailə bir yaşlı körpəsi ilə xəstəxanalıq oldu

5
Apr
07:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeron rayonunun Masazır qəsəbəsində bir ailənin üç üzvü yol-nəqliyyat hadisəsində xəsarət alıb.

“Report” xəbər verir ki, Masazır qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində sərnişinlər 1994-cü il təvəllüdlü Eldar Rauf oğlu İsmayılov, onun həyat yoldaşı, 2001-ci il təvəllüdlü Aydan Səməd qızı İsmayılova və onların 1 yaşlı övladları, 2023-cü il təvəllüdlü Fuad Eldar oğlu İsmayılov xəsarət alıblar.

Onlar təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar. Yaralılar həkim nəzarətinə götürülüblər.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.