Brüsseldə üçtərəfli görüş olub - YENİLƏNİB

5
Apr
14:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Brüsseldə ABŞ Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü olub.

Hazırda isə onlar mətbuata bəyanatlarla çıxış edirlər. 

Ursula fon der Lyayen “X” sosial şəbəkəsindən açdığı canlı yayımda bildirib ki, bu gün onlar ötən ilin oktyabrında Ermənistana verdikləri sözü yerinə yetirirlər:

“Biz iqtisadi tərəfdaşlığımızın gələcəyinə baxış qururuq”.

11:10

Bu gün ABŞ Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə planlaşdırılan üçtərəfli görüşü olacaq.

seher.media bildirir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumata görə, görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.