Türkiyədə iş adamı avtomobilində ölü tapıldı - FOTO

5
Apr
14:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Kocaeli vilayətinin Derince rayonunda iş adamı Reşat Mamik avtomobilində ölü tapılıb.

Hadisə Berrin küçəsində baş verib. Əldə edilən məlumata görə, tikinti podratçısı olan 53 yaşlı Reşat Mamik bölgə sakinləri tərəfindən evindən 50 metr aralıda, avtomobilində hərəkətsiz vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə tibbi, polis və xilasetmə qrupları cəlb edilib. Avtomobilin kilidlənmiş qapıları açılıb və təcili yardım maşınında iş adamına ürək masajı edilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Mənbə: Haber Global