Kanadanın baş nazirindən yeni evlərin tikintisini asanlaşdıran unikal təklif

5
Apr
23:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kanadanın Baş naziri Castin Trüdo ölkədə yeni evlərin tikintisini asanlaşdıran və ucuzlaşdırmağa yönəlmiş tədbirləri açıqlayıb.

Qeyd olunur ki, əsas diqqət yığma modul mənzillərə yönəldilib.

O, tikinti materiallarının çatışmazlığı problemini həll etmək üçün onları 3D printerdə çap etməyi təklif edir.

Hökumət innovativ mənzil texnologiyaları və materiallarını qəbul etmək üçün nəzərdə tutulmuş yeni fonda 50 milyon Kanada dolları (36,8 milyon dollar) ayıracaq. Daha 50 milyon Kanada dolları modul və taxta konstruksiya, robot texnikası, 3D çap və avtomatlaşdırma yolu ilə mənzillərin modernləşdirilməsinə sərf olunacaq.

Bu və digər tədbirlər aprelin 16-da büdcə planına daxil ediləcək.

Xatırladaq ki, Trüdo 2023-cü ildə Kanadada artan mənzil qiymətlərinə görə tənqid atəşinə tutulub.

Mənbə: Bloomberg